|
Caspian MebelExpo - Xəzər və bütövlüklə Qafqaz regionlarının mebel sənayesini əhatə edən yeganə ixtisaslaşmış sərgidir. Hər il sərgi yeni məhsulların və təkliflərin nümayişi ilə yanaşı, regionun mebel sənayesi haqda dolğun məlumat təqdim etməkdədir. Bu öz növbəsində Azərbaycanın mebel sahəsinə investisiyaların cəlb edilməsinə və yerli istehsalın inkişafına təsir edən amillərdəndir.
SƏRGİNİN ZİYARƏTÇİLƏRİ
Sərgiyə Azərbaycan, Türkiyə. Rusiya, Ukrayna, İtaliya, Qazaxıstan, Gürcüstan, Almaniya, İran və s. ölkələrdən 10000-dən çox ziyarətçilər gələcəyi gözlənilir.
- Mebel istehsalatlarının və salonların direktorları və müdirləri
- Dövlət qurumlarının, səfirliklərin və nazirliklərin nümayəndələri
- Xarici və yerli şirkətlərin, bank və biznes-mərkəzlərinin təchizat şöbələrinin nümayəndələri
- Mehmanxana, restoran, idman və turizm komplekslərinin menecerləri
- Dizaynerlər
- Fərdi şəxslər
ZİYARƏTÇİLƏRİN CƏLB OLUNMASINA YÖNƏLƏN REKLAM KAMPANİYASI:
- 30000-dən artıq dəvətnamələrin professional baza ilə birbaşa göndərilməsi
- Çöl reklamı (o cümlədən bannerlər, bilbordlar, posterlər)
- TV və radioda reklam
- İxtisaslaşdırılmış nəşrlər vasitəsi ilə dəvətnamələrin göndərilməsi
- Respublikanın kütləvi informasiya vasitələrində reklamlar və həmçinin xaricdə 5000 artıq reklam blokları
- İxtisaslaşmış və aparıcı iqtisadi portallarda sərgi barədə məlumatlar
- Sərgiyə həsr olunmuş mətbuat konfransı
CASPİAN MEBELEXPO SƏRGİSİNİN ÜSTÜNLÜKLƏRİ
- Təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması
- Ölkənin və bütünlüklə regionun mebel bazarının təhlili
- Brendin effektiv tanıdılması
- Təqdim olunan məhsullara məqsədli auditoriyanın cəlb edilməsi
- İşgüzar görüşlərin və partnyor münasibətlərin qurulması üçün əlverişli şərait
- Yeni məhsullara olan tələbatı öyrənmək, həmçinin rəqiblərinizin fəaliyyətini tədqiq etmək üçün ideal məkan
- Yeni xarici bazarlara daxil olmaq, diler şəbəkəsini formalaşdırmaq üçün əlverişli fürsət
- Bazarın kifayət qədər böyük hissəsini əhatə etmək imkanı
İmicin yüksək saxlanılması – sərgidə iştirak özünüz haqqında hər kəsə bəyan etmək, mebelin layihələşdirilməsi və istənilən istiqamətli interyerin dizaynı sahəsində ən son nailiyyətləri nümayiş etdirmək imkanı verir.
CASPİAN MEBELEXPO SƏRGİSİNİN BÖLMƏLƏRİ
MEBEL
- Yumşaq və ümumi yaşayış mebeli
- Ofis, bank və ictimai müəssisələr üçün mebel
- Hamam otaqları üçün mebel
- Mətbəx mebeli
- Quraşdırılan mebel
- Xüsusi mebel
İNTERYER VƏ DİZAYN
- Divar kağızları, fitoməhsullar, qobelenlər
- Xalça və xalça örtükləri
- Çilçıraqlar, güzgülər, şüşə məmulatları
- İnteryer əşyaları və aksessuarlar
MEBEL İSTEHSALI VƏ AĞAC EMALI
- Avadanlıq və alətlər
- Furnitura və aksessuarlar
- Üzlük parçalar
- Bəzək materialları
- Quraşdırılan elementlər və sistemlər
- Boyalar, laklar və yapışqanlar
EV ÜÇÜN PARÇALAR
- Pərdələr, jalüzlər
- Döşəklər və yataq ləvazimatları
- Dekorativ parçalar
- Ev üçün parçalar
|